Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində
Aqrar Tədqiqatlar Mərkəzinə 2020-ci il üçün doktorant
və dissertant hazırlığı üzrə təsdiq edilmiş qəbul planı
(Azərbaycan Respublikası Nazirlər Kabinetinin
25 avqust 2020-ci il tarixli 493 s saylı Sərəncamı)
|
|
Büdcə hesabına – |
Qiyabi – 2 yer |
Cəmi: 2 yer |
Ödənişli əsaslarla – |
Qiyabi – 1 yer |
Cəmi : 1 yer |
|
Büdcə hesabına – 2 yer |
Ödənişli əsaslarla – 2 yer |
Cəmi: 4 yer |
|
|
Büdcə hesabına – |
Qiyabi – 1 yer |
Ödənişli əsaslarla – |
Qiyabi – 1 yer |
Cəmi: 2 yer |
ATM üzrə cəmi: 9 yer |
Aqrar Tədqiqatlar Mərkəzi üzrə doktorantura və dissertanturaya
QƏBUL QAYDALARI
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi üzrə
doktorantura və dissertanturaya qəbul olmaq istəyənlərin nəzərinə:
- Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirmiş(magistr dissertasiyasını müdafiə etmiş) Azərbaycan Respublikası vətəndaşları qəbul oluna bilərlər.
- Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verməlidirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.
- Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı DİM tərəfindən müəyyənləşdirilir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına(IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi DİM tərəfindən müəyyən edilir.
- Fəlsəfə fənni üzrə imtahan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən keçirilir.
- İxtisas fənnindən qəbul imtahanını Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri tərəfindən yaradılan komissiyahəyata keçirir və imtahana yalnız xarici dil və fəlsəfə fənlərindən “məqbul” alan şəxslər buraxılır.
- Şəffaflığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə Aqrar Tədqiqatlar Mərkəzində həyata keçirilən ixtisas fənnindən qəbul imtahanının gedişinin sosial şəbəkə üzərindən birbaşa yayımlanmasınəzərdə tutulur.
- Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirmiş (magistr dissertasiyasını müdafiə etmiş), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlarmalikdirlər.
- Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən (rus dili istisna omaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) yuxarıda göstərilən qaydadaqəbul imtahanı verirlər.
- “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlarmalikdirlər.
- Doktoranturaya və dissertanturaya qəbul olmaq istəyənlər xarici dil imtahanının təxmini strukturuilə, fəlsəfə və ixtisas fənni imtahanlarının sualları ilə aşağıdakı linklərə keçid etməklə tanış ola bilərlər:
- https://atm.gov.az/az/activity/14/xarici-dil-imtahaninin-texmini-strukturu/
- https://atm.gov.az/az/activity/13/felsefe-fenninden-imtahan-suallari/
- https://atm.gov.az/az/activity/11/ixtisas-fenninden-imtahan-suallari/
- “Elmlər doktoru” və “Fəlsəfə doktoru” proqramı üzrə iddiaçıların müvafiq tədqiqat sahəsində yerinə yetirdikləri işlər, çap olunmuş elmi əsərləri və ya seçilmiş ixtisas üzrə təqdim etdikləri referat (fəlsəfə doktoru iddiaçıları), iştirak etdikləri konfranslar, layihələr, proqramlar və s. barədə təqdimatla çıxış etmələrinəzərdə tutulur.