10 May 2024

Qarğıdalı əkini üçün sahənin hazırlanmasında istifadə olunan texnikalar

Qarğıdalı əkiləcək sahənin şumlanması: “Landini Landforee DT125”, “Claas Arion 630C”, “New Holland TD5.110”, “Belarus 1025”, “Belarus 1221” və s. markalı traktorlara aqreqatlaşmış 4 və ya 5 gövdəli “SP-145”, “SP-144” və digər markalı kotanlarla aparılmalıdır. Əsаs şum 25-30 sm dərinlikdə аpаrılır. Qаrа və şаbаlıdı tоrpаqlаrdа şumun dərinliyi 25-35 sm-ə qədər olur.

         Torpağın səpinqabağı hazırlanması: Qarğıdalı toxumlarının normal cücərməsi üçün toxum yatağında nəmlik ehtiyac duyulan səviyyədə olmalıdır. Bunu təmin etmək üçün yazda torpaq oyandıqdan sonra, arat olunmuş sahəni əvvəl kultivator, sonra mala, dırmıq və ya simli dırmıq ilə 10-15 sm dərinlikdə yumşaldaraq torpağı səpin üçün hazır vəziyyətə gətirmək lazımdır.

Sahənin səpinqabağı hamarlanması üçün ağır mala çəkilir. “Can-D.H.G-48K KRT-3000S”, “RMK-3”, “GAK-OTO-RE” markalı dişli mala, “KARATAŞ”, “Can.-D.M.A.T.-24” ağır diskli mala və “Şirvan” malası tələb olunan dartı gücünə uyğun “Belarus 1221”, “Belarus 89.2” və digər markalı traktorlara aqreqatlaşdırılaraq sahə  boyunca çəkilir.

mənbə: agroinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir