10 May 2024

Qarğıdalının becərilməsində istifadə olunan texnikalar

Gübrələrin verilməsi: Qarğıdalı çoxlu veqetativ kütləyə malik olduğundan onun qida maddələrinə tələbatı çox yüksəkdir. Belə ki, hektardan 92 sentner məhsul alınması üçün 200 kq azot, 80 kq fosfor, 130-135 kq kalium gübrələrin torpağa verilməsi tələb olunur. Azot gübrəsinin tələbatdan az verilməsi qarğıdalının məhsuldarlığının azalmasına səbəb olmaqla dənində zülalın miqdarına mənfi təsir göstərir. Silos üçün becərilən qarğıdalıya kökdən xaric yemlənməni dənin formalaşması, süd və mumyetişmə fazalarında verdikdə müsbət nəticəsi olur. Dən üçün becərilən qarğıdalıya mineral gübrələr dənin formalaşması və südyetişmənin başlanğıcında verilməlidir. Sahələrə gübrələrin verilməsi zamanı “Belarus 89.2” markalı traktorlara aqreqatlaşan “GS 2.800” markalı gübrəsəpəndən istifadə edilir.

Qarğıdalının suvarılması: Qarğıdalının əkilmə dövründə torpaqda kifayət qədər rütubət olmadıqda çıxış suyu verilməlidir. Əgər çıxışdan sonrakı erkən inkişaf dövründə torpaqda faydalı su azalıb quraqlıq hiss olunarsa və bitkilərdə solğunlaşma əlamətləri görünərsə, təxminən 15-20 gün aralıqlarla 1-ci və 2-ci  suvarılma aparılmalıdır.

Qarğıdalının suvarılması şlanqlı və qollu  çiləmə üsulları ilə aparıla bilər. (“İRTAMKA R-M600.110.500” şlanqlı, “Linear 2RM1”, “Linear 4RM1”, “Linear 4RMG-4 RMGD” ştanqlı).

KultivasiyaKultivasiya zamanı cərgələr arasındakı məsafə tənzimlənməklə orada olan alaq otları bərabər qaydada təmizlənir və torpağın yumşaldılması əməliyyatı aparılır. Bu isə bitkilərin normal tənəffus etməsinə kömək edir.

Qarğıdalının 2-3 yarpağı olduqda birinci cərgəarası kultivasiya 8-10 sm dərinliyində, sonrakı kultivasiya isə 5-6 sm dərinliyində aparılır. Qarğıdalının kultivasiyası zamanı istifadə olunan “LKG6008”, “AKB-4,2”, “B-150-C20”  markalı  kultivatorlar “Belarus 89.2” markalı traktorla aqreqatlaşdırılır.

Dərmanlama: Ziyanverici, xəstəlik və alaq otlarına qarşı mübarizə məqsədi ilə kimyəvi preparatlarla qarğıdalı sahəsi dərmanlanır. Dərmanlanma zamanı modelindən asılı olaraq qollu və ventilyatorlu çiləyicilərdən istifadə olunur (“OVX -800”, “LEPUS SF 1000”, “ASTRUM HP 1000”, “Canca 1000LT-18”, “John Deere M 724”) və “Belarus 1221”, “Belarus 89.2” və digər markalı traktorlara aqreqatlaşdırılır. Bu çiləyicilərdə dərman çəninin tutumu 500, 800, 1000 və 2000 litr, açılan qolların uzunluğu 12-18 m olur.

 

mənbə: agroinfo.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir