10 May 2024

Buzovların bəslənilməsi

Cavanların daha sağlam və möhkəm, yüksək məhsuldarlığa malik olması onların yetişdirilmə texnologiyasından bilavasitə asılıdır. Onların hansı istiqamətdə yetişdirilməsi əsas götürülür. Yəni, cavanlar damazlıq və ya ümumi istifadə üçün yetişdirilə bilər. Belə bir yetişdirmə üsulu daha çox ət və süd almağa imkan verər. Buzov doğulan kimi onun sərbəst tənəffüs etməsi üçün burnunu sıxaraq selikdən təmizləmək, sonra göbəyini dezinfeksiya edilmiş qayçı, ya da bıçaqla 10-15 sm uzunluğunda kəsib ipək sapla bağlamaq lazımdır. Əgər bala anasını əmmək üsulu ilə yemlənəcəksə, onu anasına yalatdırıb qurutmaq məsləhətdir. Sonra balanın diri çəkisi müəyyən edilib doğum dəftərinə qeyd edilməlidir. Buzovların inkişafını yoxlamaq üçün onlar ayda bir dəfə çəkilməlidir.Yetişdirmənin istiqamətindən asılı olaraq baxım texnologiyası müəyyən edilir. Qaydalar sistemli xarakter daşıyır. Müxtəlif yaş qruplarında yemə təlabat heyvanların bioloji halı nəzərə alınaraq hesablanır.

Sağlam və yüksək məhsuldar heyvanlar yetişdirmək üçün buzovları istər südəmər dövrdə, istərsə də bu dövrdən sonra müəyyən sxem və nor-malar üzrə yetişdirmək lazımdır.

Buzov damında körpə heyvan üçün qabaqcadan təmizlənmiş, dezinfeksiya edil-miş və içinə təmiz küləş, ya da başqa materialdan qalın döşənək salınmış ayrıca qəfəs olmalıdır. Bu qəfəsin uzunluğu 1,2, eni 1,0 və hündürlüyü 0,7 metr olur.

Həyatının ilk günlərində körpə buzovlar profilaktoriyada (zoobaytarlıq tələblərinə uyğun olan xüsusi binada) saxlanmalıdır. Profilaktoriyada buzovlar üçün ayrıca qəfəslər düzəldil-məlidir. Burada buzovlar 10-15 gün saxlanmalı və öz anasının südü ilə yemlənməlidir. Bu zaman ananın yelini və əmcəkləri ilıq su ilə, sabunla yuyulub, təmiz dəsmalla qurulanmalı, sonra birinci ağız südü ilə bala əmizdirilməlidir.

Körpə buzova ilk dəfə ağız südü içirilməsi vacibdir. Çünki bu südün tərkibində antitel adlanan maddələr vardır ki, bunlar körpə heyvanın xəstəliyə davamlı olmasını təmin edir. Bundan başqa ağız südü, embrion dövründə körpənin bağır-sağında yığılıb toplanmış xıltın asanlıqla ifraz edilməsinə kömək edir.

Doğumdan sonra buzovların 4-5 gün ərzində əmdiyi süd, normal süddən xeyli fərqlənir. Demək, süd körpə heyvanlar üçün qida əhəmiyyətinə malikdir. İlk günlər əmələ gələn süd “ağız südü” (dələmə) olmaqla yeni doğulmuş buzovların mayalandırılmasında istifadə edilir.

Doğumdan sonra birinci dəfə sağılan ağız südünün rəngi tünd sarı və ya sarımtıl-qonur olur. Bu süd adi südə nisbətən xeyli qatı, spesifik qoxulu və şortəhərdir. Ağız südündə yeni doğulmuş balaların sümük və başqa toxumalarının əmələ gəlməsi üçün lazım olan ən zəruri maddələr vardır. O cümlədən, fosfor duzları 2 dəfə, kalsium duzları isə 1,5 dəfə adi südün tərkibində olan həmin maddə-lərdən çoxdur.

Ağız südü yenicə doğulmuş balanın ana bətnində aldığı qanı əvəz edə bilən dəyərli qidadır. Ağız südünün bakterisid xassəsi xeyli təsirli olduğundan, orqanizmin rezis-tentliyini yüksəldir və ilk günlərdə yeni doğulmuş balaları xəstəliklərdən qoruyur. Bu südün tərkibində olan beta laktoqlobulin və evqlobulinin olması ilə əlaqədardır. Südün tərkibində qlobulinin üç cür: beta – laktoqlobulin, evqlobulin və psevdoqlobulin olduğu müəyyən edilmişdir. Ağız südündə zülalın miqdarı 15-20 %-ə çata bilər. 1 qr süd zülalı 4,10 kkal enerji əmələ gətirə bilər.

Südün tərkibində olan mineral birləşmələrin təxminən yarısını kalsium və fosfor duzları təşkil edir ki, bu da buzovlarda sümüyün inkişafında həlledici rol oynayır. Südün tərkibində orta hesabla 0,70% mineral maddələr vardır.

Məlumdur ki, buzovların südə olan tələbatını ödəmək üçün ana südünü quru süd tozundan hazırlanmış südlə əvəz etmək olur. Bəzən ilk günlər ağız südü ilə mayalandırılmış buzovlara son-rakı günlərdə verilən süd, süd əvəzedicisi ilə əvəz olunur. Qeyd etmək lazımdır ki, bu hal buzovların sonrakı inkişafına mənfi təsir göstərir. Odur ki, kimyəvi tərkibinin müxtəlif maddələrlə zəngin olduğunu nəzərə alaraq “ağız südü” nün buzovların normal böyüməsində əhəmiyyətli qida mənbəyi kimi körpələrə birinci on günlükdə verilməsi heyvandarlıqda bir qayda olaraq qəbul edilmişdir.Buzova qabdan süd içirildikdə birinci dəfə içirilən ağız südünün miqdarı heyvanın diri çəkisindən və iştahından asılı olaraq 0,4-1,0 litrə qədər olmalıdır. Sonralar isə hər dəfə əvvəlkindən 150-250 qr artıq süd içirmək olar. Buzovun gündəlik süd norması onun çəkisinin 15-16%-ni təşkil etməlidir.

Körpə buzovların gün-dəlik çəki artımı onlara içirdilən süd normasından aslıdır. Çünki,ilk günlərində körpə heyvanın inkişafı yalnız ana südünün hesabına olur və bu dövrdə sonrakı dövrlərə nisbə-tən körpə heyvanın inkişaf sürəti daha yüksək olur. Odur ki, süd norması artıq olduqda körpə heyvanın çəki artımı da yuxarı olur və orqanizmdə çətin həzm olunan qaba yemlərin mənimsənilməsinə kömək edir. Süddə olan qida maddələri çox tez həzm olunduğu üçün körpə heyvan ondan səmərəli sürətdə istifadə edir.

Buzovların canlı kütləsinin mütləq və nisbi artım dinamikası

Yaş aylarla Canlı kütlə, kq Mütləq artım, kq Nisbi artım,%
Doğulduqda 30
1 45 15 50
3 90 30 38
6 180 35 20
9 255 20 11
12 315 20 6

 

Tikililər arasında zoobaytar məsafələri

Tikili İnək damı Buzov damı Donuz damı Ağıl Quş damı Süd bloku
1 İnək damı Ym 30 150 150 200 Ym
2 Buzov damı 30 Ym 150 150 200 Ym
3 Donuz damı 150 150 Ym 150 200 150
4 Ağıl 150 150 150 Ym 200 150
5 Quş damı 200 200 200 200 Ym 200
6 Peyin anbarı 50 50 50 50 50 150

     Qeyd: Ym-yanğın əleyhinə ara məsafəsi

Heyvan və quş binalarında mikroiqlim normaları

Tikintilərin adı Binaların daxili temperaturaları, 0 K Nisbi rütubət,

%

Qazların miqdarı,

L/m

Heyvanın sürəti, m/s
Optim. Minim. CO2 NH3
İnək tövləsi:

Bağlı saxlanma

Bağsız saxlanma

 

281

278

 

279

276

 

85

85

 

2,5

2,5

 

0,5

0,5

 

0,5

0,5

Cavan heyvan saxlanılan binalar 279 277 85 2,5 0,5 0,5
Buzov saxla­ılan binalar 283 278 85 2,5 0,5 0,5
Sağım zalı 288 70 0,5
At tövləsi   283 85 3,0 0,5 0,5
Ana donuz tövləsi 285 279 65-75 2,5 0,5 0,3
Kökəltmə donuz tövləsi 279 275 75-80 2,5 0,5 0,3
Qoyun tövləsi 282 276 80 3,0 0,5 0,5..1,0
Qoyun tövləsi (ana) 288 276 70 2,5 0,5 0,5

 

 

mənbə: agroinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir