10 May 2024

Toyuğun saxlanma və bəslənmə şəraiti

Quşların saxlanma və bəslənmə şəraiti

Quşlar üçün nəzərdə tutulan saxlanma texnologiyalarına əməl edilməlidir. Yəni, anac quşlardan alınan yumurtalar inkubasiyaya qoyulmalı, 1 günlük cücələr orta hesabla 34 qr canlı kütlədə olmaqla, 3-4 gün əvvəldən hazırlanmış binada yerləşdirilməlidir. İlk 3 gün ərzində binada (döşəmədən 8 sm hündürlükdə) havanın temperaturu 32-300C, nəmlik isə 65-70 % təşkil etməlidir. Binanın döşəməsi (1m2 sahəyə 0,5 kq hesabı ilə) sönmüş əhənglə ağardılmalı, daxili divarlar və avadanlıqlar temperaturu 700C olan 2%-lı kaustik soda məhlulu ilə dezinfeksiya edilməlidir. Quşlar doğranmış küləş və saman səpilmiş, uzun müddət dəyişməyən döşənək üzərində saxlanmalıdır. Quşların intensiv inkişafına təsir edən amillərdən biri 1 m2 sahəyə yerləşdirilməsi normativləridir.

Quşların yaşı, gün Yetişdirmə üsulu 1m2 sahəyə düşən quşların baş sayı,baş
1-30 Dəyişməyən döşənəkdə 18-20
31-60 Dəyişməyən döşənəkdə 15-17
61-90 Dəyişməyən döşənəkdə 12-14
91-154 Dəyişməyən döşənəkdə 8,0-10
155-420 Dəyişməyən döşənəkdə 5,0

Anac quşlar yay aylarında əvvəlcədən quş binasını əhatə edən setkalanmış əraziyə gəzintiyə buraxılmalıdır. Belə gəzinti quşlar üçün çox əhəmiyyətlidir. Çünki, quşlar bu zaman yaşıl kütlə qəbul edir, orqanizmə lazım olan digər maddələr tapırlar.

Yaşından asılı olaraq quşlar üçün nəzərdə tutulan temperatur, nəmlik rejimi tələb olunur. Birinci 20 günlükdə quş binasında nəmlik 65-70%, sonrakı dövrlərdə isə 55-60 % səviyyəsində saxlanmalıdır.

Quşların birinci günlük yaş dövründə havanın temperaturu 35-330 C-də olub, 6-12 günlük yaşda 25-240C-də olur. 21-günlük yaşda qızdırıcılar söndürülür və binada temperatura 210CQuşların normal inkişafı üçün binanın işıqlandırılmasının böyük əhəmiyyəti vardır. Binanın işıqlandırılması üçün (1 m2 sahə üçün 4 Vt hesabı ilə) 60 Vt gücündə lampalardan istifadə edilməli, bu da normal işıqlanmaya gətirib çıxara bilər. Lampalar 1,8 m hündürlükdən asılmışdır və endirilir.

Cavan quşlarin yemləndirilməsi

İlk günlər cücələr 70 % qarğıdalı yarması və 30 % buğda yarması qarışığı ilə, həmçinin suya 6-8 % şəkər tozu qatmaqla mayalandırıldıqda yaxşı nəticə almaq olur. İlk dövrdə cücələr gündə 5-6 dəfə yemləndirilməlidir. Sonralar yem və su qabları daima dolu olmalı, gün ərzində 3-4 dəfə yemləndirilməlidirlər.

Artıq yuxarıda qeyd edildiyi kimi bu zaman fasiləli işıq rejiminin köməyi ilə

yemləmə stimullaşdırıla bilər.

1-10 günlük cücələr üçün qarışıq yemlərin tərkibində ən azı 20-22 % xam protein, 295-300 kkal mübadilə enerjisi, 3-4 % xam yağ olması, yemin mineral maddələrlə və vitaminlərlə zənginləşdirilməsi, həmçi-nin aminturşuların, xüsusən də, lizin və metioninin balanslaşdırılması böyük əhəmiyyət kəsb edir. Bu yaş dövründə gün ərzində hər baş cücəyə 8-12 qr qarışıq yem verilməsi normaya uyğun sayıla bilər.

Yumurtalıq istiqamətli toyuq krosslarnın saxlanması zamanı 1-10 günlük cücələr üçün tərtib etdiyimiz yem paylarından istifadə olunması cücələrin ilk dövrdə boyatma və inkişafına müsbət təsir göstərir.

Quşların boy və inkişafı praktiki əhəmiyyət kəsb edir. Belə ki, bu mərhələnin öyrənilməsi bilavasitə mühitlə əlaqədardır.Ayrı-ayrı mikroiqlim amillərinin quşların inkişafına təsirinin mümkünlüyünü onların sistematik çəkilməsi ilə müəyyən etmək olar.

11-30 günlük cücələr üçün gündəlik yem norması 20-30 qr nəzərdə tutulması məsləhət görülür. Bu yaş döv-ründə xam proteinin miqdarı 19-20%, mübadilə enerjisi isə 280-290 kkal arasında olmalıdır.

Cavan quşlara 90-120 günlük yaş dövründə 80-90 qr qarışıq yem verilməlidir. Çünki bu yaş dövründə quşlar boyatmanı davam etdirməklə yanaşı, həm də cinsi yetiş-kənliyə çatırlar.

Bu dövrdə quşların cinsi yetişkənliyə çatması ilə əlaqədar skelet də formalaşmağa başlayır və bu cəhətdən çanağın düzgün inkişaf etməsi mühüm əhəmiyyət kəsb edir.

Odur ki, bu bəsləmə dövründə yemin tərkibində mineral maddələrin və D qrupu vitaminlərinin normaya uyğun balanslaşdırılması tələb olunur.

Yumurtalıq istiqamətli cücələrin bəslənməsi zamanı bir sıra məhsuldarlıq göstəricilərinə xüsusi diqqət yetirilməlidir.

Qeyd etmək lazımdır ki, quşların boy və inkişafı, gələcək məhsuldarlığı digər amillərlə yanaşı yemləmənin və baxımın düzgün təşkilindən xeyli aslıdır.

Odur ki, ilk günlər (1-10 gündə) cücələrin yemə olan tələbatı daima ödənilmişdir. Bu dövr ərzində quşlar gündə 5 dəfə, 10 gündən 30 günə kimi 4 dəfə, son-rakı baxım günlərində isə gündə 3 dəfə yemləndirilmişdir.

 

mənbə: agroinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir